Məktəbin həyətində “ 9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.14-cü bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik,milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə məktəbin həyətində 08.11.2017-ci il tarixində “ 9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir ümummilli lider H.Əliyevin “Bayraq sadəcə bir elə bayraq deyil.O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Hər bir evdə gərək Azərbaycanın dövlətinin bayrağı olsun. Hər bir evdə və hər bir ailə gərək Azərbaycan bayrağına itaət etsin.” sözləri ilə başlanmışdır. Azərbaycan dövlət himni səsləndirildikdən sonra məktəbin ibtidai və yuxarı sinif şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda flashmob , “Azərbaycan bayrağı”, “Üçrəngli bayraq” adlı mahnılar, milli geyimlərlə Azərbaycan bayrağına həsr olunmuş rəqs kompozisiyası və çıxışlar təqdim olunmuşdur. Tədbirin sonunda məktəbin direktoru E.Ələkbərova çıxış edərək bildirmişdir ki, hər bir azərbaycanlı dövlət rəmzlərini tanımalı, bilməli və hörmət etməlidir. Tədbirdə məktəb rəhbərliyi, ibtidai və yuxarı sinif müəllimləri və şagirdlər iştirak etmişlər. Tədbir məktəbin ibtidai sinif müəllimi Pirverdiyeva Məlahət, Cabbarlı Dilarə, rəqs müəllimi Sədirxanova Jalə tərəfindən hazırlanmışdır.