IIII siniflərdə şagirdlərin oxu bacarıqları səviyyəsinin öyrənilməsi monitorinq keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.1.2.8-ci bəndinə uyğun olaraq 07.11.2017-ci il tarixdə IIII siniflərdə şagirdlərin oxu bacarıqları səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsinin təşkili məqsədi ilə monitorinq keçirilmişdir. Azərbaycan və rus bölmələrində aparılan yoxlama zamanı məlum oldu ki, şagirdlər üçün göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər. Lakin buna baxmayaraq III siniflərdə normativi yerinə yetirməkdə çətinlik çəkən şagirdlər də var. Bununla əlaqədar olaraq həmin siniflərin müəllimlərinə tapşırıldı ki, bu uşaqlara xüsusi diqqət ayrılsın və növbəti aylarda həmin uşaqların oxu texnikası yenidən yoxlanılması nəzərdə tutulsun.