Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar "Dəyirmi masa" keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirinin əmr və sərəncamların icrası məqsədilə Bakı şəhəri 87 № li tam orta məktəbdə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar olaraq VII siniflər arasında "Dəyirmi masa" keçirilmişdir. Tədbirdə Şövkət Məmmədova haqqında videoçarxa baxılmış və onun dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirilməsi haqqında şagirdlərə məlumat verilmişdir. Bildirilmişdir ki, Ş.Məmmədova Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmış, ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyət göstərmişdir. Tədbir məktəbin musiqi muəllimi Cananova Xatirə tərəfindən hazırlanmışdır.