“Conversation club” məşğələsində “Childrenꞌs rights” (“Uşaq hüquqları”) mövzusuna həsr olunmuşdur

    Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 2017-ci ilin 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə "Uşaq hüquqları aylığı"nın keçirilməsi elan edilmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri 87 № li tam orta orta məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində bir sıra tədbirlərin keçirilməsinə start verilmişdir. Bu tədbirlərdən məktəbdə fəaliyyət göstərən “Conversation club” məşğələsində “Childrenꞌs rights” (“Uşaq hüquqları”) mövzusuna həsr olunmuşdur. Məşğələdə şagirdlər ingilis dilində Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumat verdilər, uşaq bayramları və uşaq oyunları haqqında danışıldı. Uşaq hüquqları ilə bağlı oyunlar keçirildi, UNESCO - nun uşaq hüquqları haqqında çəkdiyi videoçarx nümayiş olundu. Məşğələ məktəbin ingilis dili müəllimi Səlimova Arzu tərəfindən aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi