Bülbülün 120 illik yubileyi ilə əlaqədar olaraq VIII sinfində tədbir keçirilmişdir

    Məktəbin illik fəaliyyət planının 1.3.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirinin əmr və sərəncamların icrası məqsədilə Bakı şəhəri 87 № li tam orta məktəbdə Bülbülün 120 illik yubileyi ilə əlaqədar olaraq VIII sinfində tədbir keçirilmişdir. Tədbirdə böyük sənətkar Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışılmış, onun gənc ifaçıların yetişdirilməsinə, püxtələşməsinə böyük əmək sərf etdiyi bildirilmişdir. Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün zəngin yaradıcılıq yolu keçdiyi və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə çatdırılmışdır. Milli musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş sənətkara həsr olunan tədbirdə şagirdlər Bülbülün repertuarından xalq mahnıları və klassik əsərlər ifa etmiş, rəqs nümayiş etdirmişlər.http://baku.edu.gov.az/az/page/234/2600

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi