VIII, IX və X siniflər arasında kimya fənnindən olimpiada keçirilmişdir

Məktəbin illik fəaliyyət planına əsasən VIII, IX və X siniflər arasında kimya fənnindən olimpiada keçirilmişdir. Olimpiadada kimya fənni üzrə əsasən əlaçı şagirdlər iştirak etmişdirlər. Hər sinfə 15 sual qapalı və 5 sual açıq formada testlər tərtib olunmuşdur. VIII sinifdə kimya haqqında ümumi məsələlər,miqdarı hesablamağa aid məsələlər, reaksiyaların əsas klassifikasıyası, reaksiyaların siniflərə bölünməsi, IX sinifdə reaksiya bərabərsizliklərinin tərtibatı, hesablama məsələləri, genetik çevrilmələr, X sinifdə isə üzvi və qeyri-üzvi kimyəvi maddələrin quruluşu və tərkibi, onların xüsusiyyətləri qarışıqlarının faizinin tapılması üçün məsələlər, probirkalarda olunan praktik məsələlər ibarət olan mövzular qoyulmuşdur. Olimpiada məktəbin kimya müəllimi İbyətova İradə tərəfindən təşkil olunmuşdur.