Məktəqədərhazırlıq qruplarında monitorinq keçirilmişdir

    Məktəbin illik fəaliyyət planının 1.1.2.1-ci bəndinə əsasən məktəbəqədərhazırlıq qrupları üzrə işin təşkili məqsədilə məşğələlər artıq başlanmışdır. Məktəbimizdə 2-si Azərbaycan və 2-si rus bölməsi olmaqla 4 məktəbəqədərhazırlıq qrupu fəaliyyət göstərir. Dərslər Azərbaycan bölməsində məktəbin ibtidai sinif müəllimləri Məmmədova Cəmalə Ramiz qızı və Pirverdiyeva Məhbubə Hacı qızı, rus bölməsində isə Bukreyeva Yelena Yuriyevna və Əzimova Samirə İbrahim qızı tərəfindən keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Qruplarda təhsil alan uşaqlar üçün ev tapşırığı nəzərdə tutulmur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi