Riyaziyyat fənnindən dərsdinləmələr davam etdirilir

Məktəbin illik fəaliyyət planının 1.1.1.3-cü bəndinə əsasən tədris prosesində müasir təlim , metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimlərin səriştəliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanılması, şagirdlərin bilik və bacarıq vərdişlərinə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti , idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim-şagird münasibətlərinin təhlil məqsədilə bütün siniflərdə riyaziyyat fənnindən dərsdinləmələr davam etdirilir.Növbəti dərsdinləmələr məktəbin 3ç, 4c və 4ə siniflərində olmuşdur. Bu dərslər məktəbin ibtidai sinif müəllimləri İsgəndərova Günel, Qarayeva Aytən və Əzimova Samirə tərəfindən hazırlanmışdır.