VIII siniflər arasında mini futbol yarışması keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.20. bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə “18 Oktyabr Müstəqillik Günü” münasibətilə VIII siniflər arasında mini futbol yarışması keçirilmişdir. Mini futbol yarışmasının qalibi 8b sinfinin şagirdləri olmuşdur. 8ç və 8c sinfinin şagirdləri II və III yerləri tutmuşdurlar.