Məktəbdə “18 Oktyabr Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.20. bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə “18 Oktyabr Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir.Tədbirdə şagirdlər “Müstəqillik Günü”nə həsr olunmuş tədqiqat işlərini nümayiş etdirdilər, şeirlər söylədilər, rəqslər ifa etdilər. 9b sinif şagirdi Abdullayeva Nərmin ordu quruculuğuna aid geniş məlumat verdi. Tədbirdə məktəb rəhbbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər. Tədbir məktəbin tarix müəllimi İbrahimova Afət tərəfindən hazırlanmışdır.