Məktəbin şagirdləri Suraxanı rayonundakı H.Əliyev mərkəzində olmuşdurlar

Məktəbin illik fəaliyyət planının 1.3.20. bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə “18 Oktyabr Müstəqillik Günü” ərəfəsində “Gənc Heydərçilər” layihəsi çərçivəsində məktəbin şagirdləri Suraxanı rayonundakı Heydər Əliyev mərkəzində oldular. Mərkəzdə onlara Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə maraqlı və geniş məlumatlar verildi.