"Bakıxanov Çörək Zavodu"na ekskursiya

Məktəbin illik fəaliyyət planının 1.3.10-ci bəndinə əsasən məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə 2e sinif şagirdləri və valideynlər Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Çörək Zavodu”na ekskursiyaya getmişlər. Burada şagirdlər “Həyat bilgisi” və “Texnologiya” fənləri əsasında “Un və un məhsullarının hazırlanması” və “Texniki təhlükəsizlik” mövzuları üzrə məlumatlar əldə etmiş, müasir çörək bişirmə texnikası ilə tanış olmuşdurlar. Ekskursiyaya məktəbin ibtidai sinif müəllimi Abdiyeva Elnarə tərəfindən aparılmışdır.