"Beynəlxalq Sülh Günü"nə həsr olunan tədbir keçirilmişdir

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqust – 21 sentyabr tarixlərində Beynəlxalq Sülh Günü ilə əlaqədar elan olunmuşdur. “Sülh aylığı” çərçivəsində 87 № li tam orta məktəbdə Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə ölkəmizdə ənənəvi olaraq 21 avqust–21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, “Sülh aylığı”nın mahiyyəti və Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat verilmişdir. III sinif şagirdlərinin ifasında mahnılar səsləndirilib, şeirlər söylənilib, rəqslər və gənc gimnastların maraqlı nömrələri nümayiş olunmuşdur. Tədbirin sonunda havaya sülh rəmzi olan göyərçinlər buraxılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi