“Milli Musiqi Günü” nə həsr olunmuş təşkilat saatı keçirilmişdir

    Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günü və “Milli Musiqi Günü” nə həsr olunmuş 87 № li tam orta məktəbdə VIII və IX siniflər arasında təşkilat saatı keçirilmişdir. Təşkilat saatında “Milli Musiqi Günü”nə və Üzeyir bəy Hacıbəyovun doğum gününə həsr olunmuş təqdimatlar göstərilmişdir. Ü.Hacıbəyovun “Arşın mal alan”, “O, olmasın bu olsun”, “Koroğlu” əsərlərindən parçalar göstərilmiş, M.Maqamayevin ifasında “Sənsiz” romansı səsləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi