"İnsan hüquqları"na həsr olunmuş "Dəyirmi masa" keçirilmişdir

        Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. 2008-ci ildən başlayaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bununla əlaqədar olaraq Bakı şəhəri 87 nömrəli tam orta məktəbin ibtidai və yuxarı siniflərində “İnsan hüquqları”na həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. Yuxarı siniflərdə İnsan Hüquqlarına həsr olunmuş "Dəyirmi masa" keçirildi və burada “İnsan Hüquqlarının yaranma tarixçəsi”, hüquq, müdafiə orqanları – UNİCEF, UNİFEM, BMT və Ombudsman haqqında söhbətlər açıldı, o da vurğulandı ki, Azərbaycan vətəndaşlarının hüquq müdafiəsi içərisində ən alisi Azərbaycan dövlətidir. Tədbirdə həmçinin uşaq konvensiyasından danışıldı, şagirdlər tərəfindən hüquq pozuntusu ilə bağlı ədəbiyyatdan, tarixdən, filmlər, nağıllardan nümunələr gətirildi, səhnəciklər nümayiş olundu. "Dəyirmi masa"da həmçinin zorakılıq və onun formalarından: fiziki, emosional, etinasızlıq, erkən nigah, zərərli adət-ənənələrdən danışıldı. Gender bərabərliyi, uşaq əməyinin istismarı, şagird - müəllim və övlad-valideyn münasibəti haqqında müzakirədə müəllim və şagirdlərlə yanaşı, valideynlərdə fəal iştirak etmişdirlər. Tədbir zamanı müxtəlif sosial video çarxlardan istifadə olundu. "Dəyirmi masa"nın gedişatında şagirdlərimiz təkcə hüquqla bağlı biliklərini yox, həm də öz istedadlarını nümayiş etdirdilər. Onlar mövzuyla bağlı mahnılar oxudular, şeirlər ifa etdilər, rəsmlər çəkdilər. Tədbirin sonunda isə vurğulandı ki, millətindən, dinindən, yaşından fərqli olmayaraq hər birimiz Azərbaycan vətəndaşıyıq. Valideynlər, müəllimlər bu istiqamətdə birgə çalışmalı və tərbiyəni elə qurmalıdırlar ki, hər bir uşaqda Vətənə sevgi ruhu həmişə yüksəkdə olsun.İnsan hüquqlarına həsr olunmuş "Dəyirmi masa" məktəbin tarix müəllimi Məmmədsalahova Sevil tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi