28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.27-ci bəndinə əsasən müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə 26.05.2017-ci il tarixdə məktəbin həyətində 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ibtidai sinif şagirdlərin ifasında Vətənə, xalqa, qəhrəmanlığa aid şeirlər söylənildi. 11 – ci sinif şagirdi Salamzadə Möhsümün ifasında mahnılar səsləndi. Rəqs qrupu tərəfindən rəngarəng rəqslər nümayiş olundu. Sonda üzərində Azərbaycan yazısı olan şarlar havaya buraxıldı.