"Ən yaxşı açıq dərs" layihəsi davam etdirilir

Bakı şəhəri 87 nömrəli tam orta məktəbdə "Ən yaxşı açıq dərs" layihəsi davam etdirilir. Dərslər məktəbin müəllimləri Təhməzova Xatirə, Mustafayeva Aybəniz, Əliyeva Viktoriya, Yakubova Gülnarə, Hüseynova Pərvanə, Məmmədov Xəlil, Məmmədova Şəfəq, Allahverdiyeva İlahə, Samoylova Qalina, Nurməmmədova Sevinc, İsmayılova Sevda, Abdullayeva Zəminə, Qarayeva Dilarə tərəfindən hazırlanmışdır. Layihədə məktəbin VI, VII, VIII və IX siniflərində ədəbiyyatdan “Koroğlu” dastanı, Azərbaycan dilindən “Cümlələrin qrammatik əsası. Sadə cümlənin fərqləndirilməsi”, fransız dilindən “Fransada bayramlar”, informatikadan “Kompüter şəbəkələri”, coğrafiyadan “Ətraf mühiti çirkləndirən mənbələr”, texnologiyadan “Un məmulatların hazırlanması texnologiyası. Şəkərbura”, biologiyadan “Düzgün qidalanma”, ingilis dilindən “Sən necə səyahət edə bilərsən?” kimyadan “Suda məhlulların elektrolizi”, biologiyadan “Sürünənlər sinfi”, informatikadan “Службы интернета” mövzularında "Açıq dərs"lər nümayiş etdirilmişdir və bununla da “Ən yaxşı açıq dərs” layihəsinə yekun vurulmuşdur.