Gənc yazıçı Pərvin Nurəliyeva ilə görüş keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.9-cu bəndinə əsasən ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və “İmzalı görüş” layihəsi çərçivəsində şagirdlərin şair və yazıçılar, bədii qiraət ustaları ilə görüşlərinin təşkili məqsədilə məqsədilə 15.05.2017-ci il tarixində gənc yazıçı Pərvin Nurəliyeva ilə görüş keçirilmişdir. Görüşdə gənc yazıçı Pərvin Nurəliyevanın məktəbin 4 "B" sinfinin şagirdləri “Qoğalın sərguzəştləri” adlı əsərini səhnələşdirmişlər. Bir hissəli tamaşa nənənin bişirdiyi qoğalın başına gələn maraqlı əhvalatlardan bəhs edir. Məktəb rəhbərliyi, şagirdlər və müəllimlər iştirak etmişdirlər. Tədbir məktəbin ibtidai sinif müəllimi Rəhimova Zəlihə tərəfindən hazırlanmışdır.