Məktəbdə hərbivətənpərvəlik mövzusunda hərbi parad keçirilmişdir

Məktəbdə 8 may 2017-ci il tarixdə hərpivətənpərvərlik mövzusunda hərbi parad keçirilmişdir. Hərbi paradda məktəbin V- XI sinif şagirdləri iştirak etmişdirlər.Hərbi paradda şagirdlər müxtəlif hərbi geyimlərdə iştirak etmiş, hərbivətənpərvəlik mövzusunda müxtəlif musiqili kompozisiyalar nümayiş etdirmiş,məktəbin hərbi hazırlıq müəllimi Babayev Natiq şagirdlərin hərbi paradına qiymət vermişdir. IV İslam Həmrəyliyi oyunları ilə əlaqədar müxtəlif idman növləri üzrə məktəbdə keçirilən yarışlarda fərqlənən siniflər diplomlarla təltif olunmuşdur. Eyni zamanda 6 may tarixində məktəbdə keçirilən ulu öndər H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərin festivalı” adlı tədbirində fərqlənən şagirdlərə də fəxri fərmanlar verilmişdir. Hərbi paradda məktəbin müəllim və şagird kollektivi iştirak etmişdirlər.