Məktəbdə “Rənglərin festivalı” adlı tədbir keçirilmişdir

        Bakı şəhəri 87 № li tam orta məktəbdə ulu öndər H.Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Rənglərin festivalı” adlı tədbir keçirilmişdir. Tədbir Aytən Həsənovanın rəhbərlik etdiyi “AyArt Studiyası” və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə təşkil olunmuşdur. Tədbirdə bir çox qonaqlar - Azərbaycan Keramika Mərkəzinin rəhbəri Mir Teymur Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Gəlinciklərinin müəllifi Fərəh Əliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin təminat və təhcizat şöbəsinin müdiri Şahin İsgəndərov, Gənclər və İdman nazirliyinin nümayəndəsi, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə, “Çerlidinq” Federasiyasının prezidenti Alla Vlasova, Azərbaycan Rəssamlar İttifaqı xalq sənət bölməsinin sədri Emin Qəhrəmanov, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin baş müəllimi, qobelen üzrə rəssam Abdullayeva Tamilla, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin müəllimi, xalçaçı rəssam Hüseynova Xatirə, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, xalçaçı rəssam Rzayeva Səltənət, S.Bəhlulzadə adına mədəniyyət sarayının rəsm dərnəyinin rəhbəri Əliyeva Hədiyyə, dulusçu Niyammədin Həmzəliyev, Bakı Okford Məktəbinin meneceri və keramika üzrə müəllim İrana Məmmədova, taxta üzərində oyma işləri üzrə mütəxəssis Azər Əsədov, rəssam – keramist Yaftumova Sevinc, 3 saylı Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi iştirak etmişdirlər.Əvvəlcə bu möhtəşəm layihənin rəhbəri Aytən xanım Həsənovaya, onun müəllimi Azərbaycan Keramika Mərkəzinin rəhbəri Mirteymur Məmmədov və ev yiyəsi olaraq 87 nömrəli tam orta məktəbin direktoru Elmira xanım Ələkbərovaya qonaqları və layihə iştirakçılarını salamlamaq üçün söz verildi. Sonra “Rənglərin festivalı” açıq elan olundu. Tədbirin açılışında sülh və həmrəylik rəmzi olan göyərçinlər alqışlarla havaya buraxıldı. Daha sonra “Çerlidinq” Federasiyasının gimnastları çıxış etdilər. Bədii hissəni məktəbimizin yetirməsi olan Beynəlxalq Müsabiqələr laureatı Ərəstun Quliyev “Azərbaycan” mahnısı ilə açdı. Məktəbin 4 "A" sinif şagirdləri ulu öndər H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii kompozisiya ilə çıxış etdilər. 3 saylı Uşaq İncəsənət Məktəbinin “Şənlik” ansamblı və 87 nömrəli tam orta məktəbin nəznində Jalə xanım təşkil etdiyi rəqs qrupunun rəqsləri festivalı daha da rəngarəng etdi. Tədbir məktəbin yuxarı sinif şagirdlərinin ifasında H.Əliyevin ən sevimli şeirlərindən biri olan “Azərbaycan” şeiri ilə davam etdi. Məktəbin 4 "A" sinif şagirdi 9 yaşlı balaca Əli Azərbaycan əsgərinə ünvanladığı ürək sözlərini öz çıxışı ilə ifadə etdi. Daha sonra 4 "A" sinif şagirdləri “Biz qalib olmalıyıq” adlı flashmob nümayiş etdirdilər. Festivalı S.Bəhlulzadə adına Mədəniyyət Sarayının xanəndə və müğənniləri öz çıxışları yekunlaşdırdılar. Festivalda iştirak edən qonaqlar və layihə iştirakçıları böyük məmnunluqla burada sərgilənən dekarativ tətbiqi sənətin növləri ilə tanış oldular.Qədim xalq sənəti olan dulusçuluq, keramika, xalça, qobelen, taxta üzərində oyma və AyArt studiyasının üzvləri tərəfindən 100 dən çox rəsm əsərləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi