“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında növbəti konfrans keçirilmişdir

Məktəbdə “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq aprel ayında “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında 28.04.2017-ci il tarixində növbəti konfrans keçirilmişdir. Konfransda 8 "D" sinfinin şagirdləri tərəfindən çaraqlı materiallar təqdim olunmuş, fənlərarası yəni biologiya, kimya coğrafiya, tarix fənləri arasında əlaqə yaratmışdır. Konfrans məktəbin kimya müəllimi İbyətova İradə tərəfindən hazırlanmışdır. Konfransda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər.