Məktəbdə rus yazıçısı P.P.Bajovun həyat və yaradıcılığına həsr olunmuş həsr olunmuş tədbir keçirilmişdir

            Məktəbin illik fəaliyyət planının 1.3.9-cu bəndinə əsasən ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 27.04.2017-ci il tarixində məktəbin 6 "E" sinfində tədbir keçirildi. Tədbirdə rus yazıçısı P.P.Bajovun sevimli nağıllarından səhnələşdirilmiş parçalar göstərdilər. Şagirdlər tərəfindən nağıllara çəkilmiş illüstrasiyalar nümayiş olundu, P.P.Bajovun həyat və yaradıcılığına həsr olunmuş təqdimat göstərildi.P.P.Bajovun nağılı əsasında çəkilmiş “Qızıl dırnaqcıq” adlı çizgi filminə baxış keçirildi. Tədbir məktəbin ana dili və ədəbiyyat müəllimi Babayeva Mədinə tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, valideynlər və müəllimlər iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi