“Gözlərə nur saçan ürək” adlı tədbir keçirilmişdir

Azərbaycan SSR-nın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə 28.04.2017-ci il tarixində məktəbdə “Gözlərə nur saçan ürək” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin informatika müəllimləri Hüseynova Pərvanənin “Gözlərə nur saçan ürək” və Qarayeva Dilarə tərəfindən hazırlanmış Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş təqdimatlara baxış keçirildi. Məktəbin X sinif şagirdi Eyvazlı Günel və IX sinif şagirdi Zeynalova Səbinə “Zərif ürəkli məğrur qadın” adlı şeirlər söylədilər. Tədbirdə məktəb rəhbərliyi müəllimlər və şagirdlər iştirak etmişdirlər.