"Bakıxanov Çörək Zavodu"na ekskursiya

Məktəbin illik fəaliyyət planının 1.3.2-ci bəndinə əsasən məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə 21.04.2017-ci il tarixində 2 "B" sinif şagirdləri və valideynlər Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Çörək Zavodu”na ekskursiyaya getmişlər. Burada şagirdlər “Həyat bilgisi” və “Texnologiya” fənləri əsasında “Un və un məhsullarının hazırlanması” və “Texniki təhlükəsizlik” mövzuları üzrə məlumatlar əldə etmişlər. Ekskursiyaya məktəbin ibtidai sinif müəllimi Babayeva Kamilə tərəfindən aparılmışdır.