“12 Aprel – Kosmonavtika günü”nə həsr edilmiş ”Kosmosa uçuş” adlı tədbir keçirilmişdir.

        Bakı şəhəri 87 nömrəli məktəbin 1 "E" sinfində “12 Aprel – Kosmonavtika günü”nə həsr edilmiş ”Kosmosa uçuş” adlı tədbir keçirilmişdir. Cizgi filminin qəhrəmanları Znayka və Neznayka kosmonavtikanın tarixinə nəzər salmışlar. Znayka Neznaykaya gənc kosmonavtların məşqlərini, günəş və planetlər haqqında məlumatları səhnəcik vasitəsilə çatdırmağa çalışırlar, Yuri Qaqarinin ilk dəfə kosmosa uçuş səhnəsi canlandırılmışdır. Akademik, AMEA-nın fəxri üzvü, kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatı Kərim Kərimov, Azərbaycanın ilk kosmanavtı Musa Manarov, ilk qadın kosmonavt Valetina Tereşkova da səhnəciklərdə yer almışlar. Səhnəcikdə şagirdlər kosmonavtlara onlara kosmosu tanıtdıqlarına görə öz minnətdarlıqlarını bildirmişlər. Neznayka anlayır ki, şagirdlərin ilk işi oxumaqdır. Gün gələr onlar da kosmosu və uzaq planetləri fəth edə bilərlər.Sonda şagirdlər tərəfindən «Трава у дома» mahnsısı ifa olunur.Tədbir məktəbin ibtidai sinif müəllimi Abdiyeva Elnarə tərəfindən hazırlanmışdır.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi