Məktəbdə “Aprel döyüşləri”nə həsr olunmuş tədbir keçirilmişdir

        Məktəbin illik fəaliyyət planının 1.3.22 bəndinə əsasən aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə X sinif şagirdlərinə “Kapitan Nəcməddin Savalanovun şərəfli həyat yolundan bəhs edən” “Aprel döyüşləri qəhrəmanlıq salnaməsi” adlı sənədli filmlər nümayiş olundu, şagirdlərə məktəbin hərbi müəllimi Babayev Natiq “Aprel döyüşləri” haqqında məlumat verdi. Daha sonra məktəbin həyətində ibtidai sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Şagirdlər tədbirdə vətənpərvərlik mövzusunda şeirlər söylədilər, XI sinif şagirdi Salamzadə Mövsümün ifasında “Azərbaycan” mahnısı səsləndi, VI sinif şagirdləri rəqs nümayiş etdirdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və Təhsil problemləri institutunun əməkdaşı İlham Hüseynov iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi