2ç sinif şagirdləri şəhid Mehdi Fərzullazadənin ailəsini ziyarət ediblər

Məktəbin ibtidai sinif müəllimi Günel İsgəndərovanın rəhbərliyi ilə 2ç sinif şagirdləri şəhid Mehdi Fərzullazadənin ailəsini ziyarət ediblər.
Vətən müharibəsi şəhidi Fərzullazadə Mehdi Zaman oğlunun ailəsi ilə görüş zamanı şəhidimizin uşaqlıq xatirələrindən, keçdiyi döyüş yolundan bəhs edilib. Şagirdlər şəhidə həsr olunan şeir parçaları səsləndirmişlər.
Sonda şəhidimizin anası Elvira Fərzullayeva ilə birlikdə Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub.
Vətənimizin, torpaqlarımızın müdafiəsi, xalqımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf bilən oğullarımızı yad etmək hər birimizin vətəndaşlıq borcudur.
Allah bütün şəhidlərimizə rəhmət etsin!