Şagirdlərimiz “Ədibin Evi” ndə oldular

           Məktəbin riyaziyyat müəllimi Sara Xələfli rəhbəri olduğu 7 A sinif şagirdləri ilə birlikdə görkəmli yazıçı, alim Mircəlal Paşayevin ev muzeyində olaraq ədibin həyat və yaradıcılığı ilə tanış oldular .

        Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas, pedaqoq, Azərbaycan dilinin zənginliyini əsərlərində ustalıqla nümayiş etdirmiş Mircəlal Paşayevin ədəbi irsi haqqında şagirdlərə geniş məlumat verildi. Cənubi Azərbaycanda doğulmuş yazıçının keçdiyi ömür yolu və yaradıcılığı barədə təqdim edilən məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi