“31 mart Azərbaycanlılarının Soyqrımı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

Məktəbdə illik fəaliyyət planının 1.3.16 –cı bəndinə əsasən şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığınının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə “31 mart Azərbaycanlılarının Soyqrımı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şagirdlər soyqırıma həsr olunmuş ədəbi – bədii kompozisiya ilə çıxış etdilər. Sonda şagirdlərə xoyalı soyqırımında şəhid olmuş 63 uşaqdan bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” adlı film göstərildi. Tədbir məktəbin tarix müəllimi İbrahimova Afət tərəfindən hazırlanmışdır.