“Bizim nağıl dünyamız” adlı tamaşa göstərilmişdir

        “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə mədəniyyətinin formlaşdırılması” məqsədilə 30.03.2017-ci il tarixində məktəbin 1 "C" sinfinin şagirdləri “Bizim nağıl dünyamız” adlı tamaşa göstərilmişdir. Tamaşa sehrbazın nağıl kitabını oğurlanması ilə başladı. Cırtdan Küpəgirən qarını, qırmızıpapağı, canavarı, Buratino və Malvinanı, “Qoğal” nağılının bütün obrazlarını köməyə çağırdı. Pəri onları hiyləgərlikdən acgözlükdən, tamahkarlıqdan bir sözlə pis əməllərdən azad edərək sehrbazın tilsimini qırdı və nağıl kitabını xilas etdi. Sonda uşaqlar “Bizim nağıl dünyamız” adlı mahnısını ifa etdilər. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər və müəllimlər iştirak etmişdirlər. Tədbir məktəbin ibtidai sinif müəllimi Abdullayeva Ülviyyə tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi