"Aprel döyüşləri- Lələtəpə əməliyyatı" məktəb kitabxanasında nümunəvi dərs təşkil olunmuşdur

Şagirdlərdə tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə tarix müəllimi Elnurə Abdullayevanın təşkilatçılığı ilə məktəb kitabxanasında nümunəvi dərs təşkil olunmuşdur. Müəllim aprel döyüşləri barədə şagirdlərə ətraflı məlumat verdi, şagirdlər öz təqdimatlarını təqdim etdi, aprel hadisələri barədə videoçarx nümayiş etdirildi.