“Narkomaniyaya yox deyək” adlı maarifləndirmə tədbiri keçirmişdir

13.03.2025 ci il tarixində Suraxanı Rayonu Polis İdarəsinin və 87 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək” adlı maarifləndirmə tədbiri keçirmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə İbrahimova salamlayaraq bildirib ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O. şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs edib.
Sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik və videoçarx nümayiş olunub.
Tədbirdə iştirak edən qonaqlar Suraxanı RPİ-nin rəis müavini, polis polkovniki Surxay Vəliyev, Suraxanı rayon İcra hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, Suraxanı Rayon 31-ci polis bölməsinin rəisi polis polkovniki Ülvi Məmmədov,Suraxanı RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev və İlahə Balayeva çıxış edərək narkomaniyayanın fəsadları barədə məlumat verdilər.