"Poeziya gecəsi" adlı ədəbi - bədii kompozisiya keçirildi

    Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aylıq çərçivəsində məktəbdə divar qəzetləri, açıq dərslər, dərsdinləmələr, müxtəlif tədbirlər, debat və dəyirmi masalar, ekskursiyalar təşkil edilmiş,həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün monitorinqlər keçirilmişdir. Aylığın tədbirlər planına uyğun olaraq 3 mart tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Şəhla Mehdiyeva və Səadət Rəşidova sinif şagirdləri ilə "Poeziya gecəsi" adlı ədəbi -bədii kompozisiya yekun tədbiri keçirilmişdir. Tədbirdə şagirdlər H. Ziyanın “Dil” təmsilini və Səməd Vurğunun “Vaqif” dramını səhnələşdirmişdilər.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi