"1 mart - Ümumdünya Mülki Müdafiə Günü" nə həsr olunmuş sinif təşkilat saatları keçirilmişdir

Sinif təşkilat saatlarında şagirdlərə "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" haqqında geniş məlumat verildi, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparıldı. Bundan başqa Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verilərək, əleyhəqazlarla tanış edildi, yanğın təhlükəsizliyi qaydalarından, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılmasından söhbət edildi, həmçinin, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında videotəqdimat nümayiş olundu.Təbii və fövqəladə hallar zamanı şagird müəllimlərin təxliyə edilməsi barədə göstərişlər verildi.