"1 Mart Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar tədbir keçirilib

        Məktəbin illik fəaliyyət planının 1.4.21-ci bəndinə əsasən şagirdlərdə fövqaladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə "1 Mart Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar tədbir keçirilib.

        Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. Tədbirdə məktəb rəhbərliyi, Suraxanı RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsləhətçisi Toğrul Səmədov, Suraxanı rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Toğrul Vəliyev və şöbənin əməkdaşları, Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Mülki müdafiə üzrə mütəxəssisi Qızxanım Rəhmanova,4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru daxili xidmət mayoru Rəşad Hacıyev, müəllimlər və şagirdlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi