"Qan yaddaşımız" adlı dəyirmi masa təşkil olunmuşdur

Məktəbdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33- cü ildönümə həsr olunmuş “Qan yaddaşımız” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masa məktəbin tarix müəllimi Abdullayeva Elnurə tərəfindən 9 a və 9 c sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Dəyirmi masa diskussiya formasında baş tutmuş, sonda Xocalı faciəsinə həsr olunmuş video-təqdimat izlənilmişdir. Tədbirdə məktəb rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının nümayəndəsi Kürsüm xanım Həsənova, tarix müəllimləri iştirak etmişdir.