Aktyorlarla görüş keçirildi

Bakı Uşaq və Gənclər Teatrı 14 fevral 2025-ci il tarixində məktəbin ibtidai sinif şagirdləri ilə görüş keçirdi. Görüşün keçirilməsində əsas məqsəd onların ümumi dünyagörüşünü zənginləşdirmək, vətənpərvərlik hisslərini aşılamaq, nağıllarda oxuduqları və təsəvvürlərində canlandırdıqları obrazları səhnədə görmək imkanını yaratmaq idi.
Qeyd edək ki, "Göyçək Fatma" tamaşası şagirdlərə təqdim edildi. Sonda şagirdlərin sualları cavablandırıldı. Obrazlar şagirdlər tərəfindən təhlil olunaraq qiymətləndirildi.