Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi keçirilmişdir

Məktəbin illik fəaliyyət planına uyğun olaraq, Azərbaycan dili aylığı çərçivəsində Azərbaycan xalqının milli sərvəti olan xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi məktəbimizdə qeyd edilmişdir.
Tədbirdə məktəb rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimləri, kitabxanaçı və məktəbin fəal şagirdləri iştirak etmişlər. Şagirdlər tərəfindən B. Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verilmiş, şagirdlərimizin ifasında şairin şeirlərindən ibarət kompozisiyalar, poemalarından qısa səhnəciklər nümayiş etdirilmiş və onun sözlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir. Həmçinin, şair haqqında videoçarx təqdim olunmuşdur.