Milli bayramımız olan “Novruz bayramı” münasibətilə tədbir keçirilmişdir

Milli bayramımız olan “Novruz bayramı” münasibətilə məktəbin ingilis dili müəllimi Hüseynova Cəmilə tərəfindən hazırlanmış tədbir keçirilmişdir. Tədbirdə məktəbin V,VI,VII,VIII və X sinif şagirdləri müxtəlif kompozisiyalarla iştirak etmişdir. “Novruz gəldi”, “Novruz bayramınız mübarək olsun”, “Bayram axşamları” mahnıları oxundu, “Sarı gəlin”, “Nəlbəki”, “Uzun dərə” rəqsləri oynanıldı. Məktəbin 7b sinif şagirdi Yusibov Əlinin ifasında sazda “Kəndimiz” , tarda isə Hacızadə Orxanın ifasında “Qarabağ” mahnılarını ifa olundu. İngilis dilində “National holidays in Azerbaijan” haqqında məlumat verildi, “Novruz holiday”, “Novruz” şeirləri səsləndi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi