Şagirdlərimiz "Bilim Bakı" mərkəzində oldular

"Bilim Bakı" mərkəzi 6-14 yaşlı şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərir. Mərkəzdə keçirilən təlimlərdə 6 fərqli laboratoriyaların hər birinə aylıq 3 fərqli mövzu çıxarılır. Mövzuların hər biri uşaqların yaş qruplarına, dünyagörüşünə və məktəb dərslərinə uyğun olaraq formalaşdırılır. Təlimlər 6 fərqli laboratoriyalarda: Sahibkarlıq, Astronomiya, kosmos və aviasiya, Riyaziyyat, Dizayn, Təbiət elmləri və Texnologiya laboratoriyalarında keçirilir.
Gənc nəslə elm,innovasiya və texnologiya sahəsində XXl əsrin bacarıqlarına yiyələnmək imkanı verən "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə tanış olan şagirdlər təlim proqramlarının iştirakçısı oldular