Pedoqoji şuranın iclası keçirilmişdir

 

    07.02.2025- ci il tarixində 2024-2025-cü tədris ili üzrə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclası giriş sözü ilə açan məktəbin direktoru Kəmalə İbrahimova kollektivi salamlayaraq iclasın gündəliyinə daxil olan məsələləri elan etdi.

    Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Xatirə Cabarova, Nailə Kərimova və məktəbin metodisti Xatirə Qasımovanın birinci yarımilin yekunlarına aid hesabatları dinlənildi.

    İclas Kəmalə İbrahimovanın çıxışı ilə davam etdi. Qarşıda duran vəzifələr, hədəflər müzakirə edildi. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, şagirdlərin nizam -intizamı, davamiyyəti və bir çox məsələlərə toxunulmuşdur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi