Böyük summativ qiymətləndirmənin keçirilməsinə başlanılıb

 

        Ümumitəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimata və məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə yanvarın 15-dən IV-XI siniflərdə 2024/2025-ci tədris ilinin I yarımili üçün Böyük Summativ qiymətləndirmənin keçirilməsinə başlanılıb.

    Məlum olduğu kimi, Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq I yarımil üzrə nəzərdə tutulmuş məzmun standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, yiyələndikləri bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmə vasitələri ümumitəhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən yoxlanılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi