"Təbii fəlakətlər" mövzusunda dəyirmi masa təşkil olundu

Məktəbimizdə “Təbii Fəlakətlər” mövzusuna həsr olunmuş məktəbin ibtidai sinif müəllimi Pərvanə Əliyevanın və kitabxanaçı Elmira Mustafayevanın iştirakı ilə Dəyirmi masa təşkil olundu.
İlk öncə müəllim təbii fəlakətlər haqqında şagirdlərə ətraflı məlumat verdi. Bundan əlavə yanğın təhlükəsizliyi qaydalarından, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılmasından söhbət edildi, həmçinin, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında videoslayd nümayiş olundu.Təbii və fövqəladə hallar zamanı şagird müəllimlərin təxliyə edilməsi barədə göstərişlər verildi.