Məktəbdə Ulu Öndər Heydər Əliyevin “Anım Günü” ilə əlaqədar dəyirmi masa keçirilmişdir

11.12.2024-cü il tarixində məktəbdə Ulu Öndər Heydər Əliyevin “Anım Günü” ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin rəhbərliyi, tarix müəllimləri, XI sinif şagirdləri iştirak etmişdirlər. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktor əvəzi Kəmalə xanım İbrahimova və müəllimlər Ümumilli lider H.Əliyev haqqında məlumat verdilər. Sonra şagirdlər ulu öndər haqqında öz fikirlərini və ürək sözlərini dedilər. Şagirdlər H.Əliyevin həyat və fəaliyyəti onlar üçün bir örnək olduqlarını bildirdilər.