“Azərbaycanın qədim xalçaları” mövzusunda tədbir keçirilmişdir

        Məktəbin 4 "C" sinfində “Azərbaycanın qədim xalçaları” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə xalçaların toxunuşunda istifadə olunan alətlərdən, qədim naxışımız olan butadan, onun növlərindən danışıldı, 2500 il bundan əvvəl Bərdədə yaranmış xalça barəsində məlumat verildi. “El şənliklərin birində Dədə Qorqud xalçanın yaradılması haqqında danışdığı rəvayətin səhnəsi” şagirdlər tərəfindən göstərildi. Xalçaya həsr olunmuş şeirlər, rəqslər, musiqilərlə tədbir hamının marağına səbəb oldu. Tədbir məktəbin ibtidai sinif müəllimi Məmmədova Cəmalə tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi