7 “Ç” sinif şagirdlərinin iştirakı ilə texnologiya fənnindən nümunəvi dərs keçirilmişdir

Məktəbin illik fəaliyət planına əsasən texnologiya ayılığı çərçivəsində şagirdlərin bilik, bacarıq vərdişlərinə yiyələnmə səviyyəsinin, eləcə də tədris prosesində müasir təlim, metod və texnologiyalarının tətbiqi vəziyyətinin, müəllimlərin pedoqoji səriştəlilik və peşəkarlıq səviyyəsinin öyrənilməsi məqsədilə 7 “Ç” sinif şagirdlərinin iştirakı ilə texnologiya fənnindən nümunəvi dərs keçirilmişdir. Şagirdlər dərsdə fərdi və qrup şəklində iştirak etmişdirlər, müəllim tərəfindən verilən tapşırıları uğurla yerinə yetirmişdirlər. Nümunəvi dərs məktəbin texnologiya müəllimi Məmmədova Aysel tərəfindən keçirilmişdir.