"8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş sinif - təşkilat saatı keçirildi

Tədbirlər planına uyğun olaraq noyabrın 5-də məktəbin ibtidai sinif müəllimi Samirə Əzimovanın təşkilatçılığı ilə 3 Ə sinfində Zəfər Günü münasibətilə sinif təşkilat saatı keçirildi.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin ifasında maraqlı çıxışlar oldu.