S.S.Axundovun “Nurəddin” əsəri müzakirə olunub

Məktəbin Azərbaycan dili-ədəbiyyati müəllimi Səadət Rəşidova və şagirdləri S.S.Axundovun yaradıcılığına müraciət edərək “Nurəddin” əsərini müzakirə etdilər. Şagirdlər əsər haqqında öz düşüncələrini söyləyiblər. Belə ki, uşaqların taleyindən danışılan bu əsərdə pisliyin qarşısında yaxşılıq edən insanlar haqqında öz fikirlərini bölüşdülər. Onlar kitabxanaçı Elmira Mustafayevə və Səadət müəllim tərəfindən verilən sualları cavablandırdılar. Disskusiya şəklində olan bu müzakirə maraqla keçib. Məqsəd şagirdlərdə mütaliyə vərdişlərinə, kitaba qarşı marağın artırılmasından ibarətdir.