"Təbiətin harayı" adlı məşğələ olmuşdur

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı olaraq, Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, yaşıl enerji növlərinin yaradılması istiqamətində şagirdlərin maarifləndirilməsi məqsədilə oktyabr ayında "Məktəblərdə ekologiya ayı" layihəsi keçirilməsi nəzərdə tutulmuşdur.
Oktyabrın 28-də "Məktəblərdə ekologiya ayı" layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Məlahət Pirverdiyeva 4 A sinif şagirdləri ilə birlikdə “Təbiətin harayı” adlı məşğələ hazırlamışlar.