8 D sinif şagirdləri Milli Aviasiya Akademiyasında ekskursiyada olmuşlar

Şagirdlərin dünyagörüşünün və elmi biliklərin artırılması, gələcəkdə düzgün peşə seçimi məqsədi ilə 24.10.2024 tarixində məktəbin riyaziyyat müəllimi Səbinə Vahabovanın rəhbərliyi ilə 8 D sinif şagirdləri Milli Aviasiya Akademiyasında ekskursiyada olmuşlar. Akademiyanın muzeyi ilə tanışlıq zamanı şagirdlərə xronoloji ardıcıllıqla aviasiya haqqında ilkin fikirlər, 1910-1920-ci illər Azərbaycanda aviasiya, Azərbaycan aviasiya tarixində ilk təyyarəçilər, Bakı aviasiya zabitlər məktəbi, mülki aviasiyanın ilk addımları, Azərbaycanda ilk təyyarəçi qadınlar, Heydər Əliyev və mülki aviasiyamız, Qarabağ müharibəsində şəhid olan mülki aviatorlarımız haqqında ətraflı məlumatlar verildi. Şagirdlər daha sonra Heydər Əliyev muzeyində oldular və burada Ulu öndərin həyat və fəaliyyətini əks etdirən video çarxa baxdılar.